duza qoymaq

1. to shelve smth. / to put smth. off / to keep putting smth. off / to postpone smth. indefinitely / Cf. to pigeon-hole smth. откладывать в долгий ящик / отложить в дальний ящик / мариновать (сознательно задерживать, надолго откладывать решение); 2. to keep smth. unnecessarily хранить без надобности
duza getmək*
duzaq (tələ, tor)
OBASTAN VİKİ
Duza qoyulmuş zeytun
Duza qoyulmuş zeytun - Azərbaycan mətbəxində istifadə olunan, zeytunun duza qoyulub emaldan keçirilən formasıdır. == Lazım olan ərzaqlar == Zeytun Qələvi Duz Fenolftaein (apteklərdə satılan purgen dərmanı da olar) == Hazırlanma qaydası == Zeytun həm kal, həm də yetişmiş duzlanır. Kal zeytun dərilir (təxminən noyabr ayında) və təmizlənir. Acılığı yox etmək üçün qələvi məhluluna qoyulur. Bu məhlulda zeytun ancaq üç günədək qala bilər. Bundan sonra zeytun məhluldan çıxarılıb axar su altında yuyulur və hər gün dəyişmək şərti ilə bir neçə gün təmiz suda saxlanır. Qələvinin tamam yox olmasını bilmək üçün zeytunun biri kəsilir və içinə fenolftalein (apteklərdə satılan purgen dərmanından istifadə etmək olar) sürtülür. Zeytunun içi qızarmırsa, deməli, qələvi təmizlənmişdir. Bundan sonra zeytunun üstünə duzlu su (1 litr qaynadılmış soyuq suya 50 qram duz) tökülüb turşumağa qoyulur. Turşuma vaxtı əmələ gələn qazın yaxşı çıxması üçün zeytun olan qabın qapağında deşik açılır və ora rezin borucuq keçirilir, ya da qapaqda bir neçə deşik açılır.
Sarğı və sarğı qoymaq haqqında anlayış
Sarğı materialı və ondan istifadə etmək qaydaları — Yaranın üstünü örtmək üçün işlədilən parça materiallarıdır. Reanimatologiya və ilk tibbi yardım da daxil müxtəlif sahələrdə tətbiq edilir. Sarğı materialı hiqroskopik (yaxşı nəmçəkən) olmalı, yəni yaradakı qanı və irini hopdurmalı, tez qorumaq və asanlıqla sterilləşmək xassələrinə malik olmalıdır. Əsas sarğı materialları tənzifdən, ağ pambıqdan, liqnindən (ağac pambığı), ləçəkdən (üçbucaq formalı pambıq parçadan) ibarətdir. Tənzifdən istifadə edilməklə tabel sarğı vasitələri hazırlanır. Bunlar fərdi sarğı paketləri, müxtəlif ölçülü steril və qeyri-steril bintlər, böyük və kiçik steril salfetlər və steril sarğılardır. Bunlardan başqa, xəstəxanaların cərrahiyyə və sarğı şöbələrində tənzifdən və ya kiçik salfetlərdən tənzif kürəciklər, tamponlar, yastıqçalar, tənzif dolaqları düzəldilir ki, bunlardan da sarğı qoyarkən və cərrahiyyə əməliyyatları zamanı istifadə edilir. Yaraların yoluxmasının və ağırlaşmasının qarşısını almaq üçün görülən ilk profilaktik tədbir onlara mümkün qədər tez aseptik sarğı qoymaqdır. Bütün yaralara steril (mikrobsuz, təmiz) sarğı qoyulur. Sarğı yaranın üstünü sarıyıb-örtən sarğı materialından ibarətdir.